Tenderdə iştirak üçün dəvət məktubu -  foto-video xidmətlərinin göstərilməsi

TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU

 

Bütün tender iştirakçılarına                                                                         Tarix 16.05.2021

 

Tenderin adı: Bərdə Peşə Liseyi üçün peşəkar foto-video xidmətlərinin göstərilməsi

Layihə adı: “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi”

İcraçı: «Yerli İdarəetməyə Yardım»  İctimai Birliyi

Donor: Avropa İttifaqı

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində Bərdə Peşə Liseyinin Modernləşdirilməsi layihəsi çərçivəsində peşəkar foto-video xidmətlərini satın almaq niyyətindədir.

Bununla əlaqədar olaraq Sizi əlavədə qeyd olunan Texniki Tapşırığa dair təklifinizi verməyə dəvət edirik.

Qiymət təklifi imzalanmış və möhürlənmiş qaydada qapalı zərfdə 27.05.2021-ci il, saat 18:00-dək Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20/79 ünvanına VƏ YA e-mail ([email protected]) vasitəsilə təqdim olunmalıdır. E-mail vasitəsilə daxil olmuş və seçiləcək təkliflər sonra mütləq imzalanmış və möhürlənmiş qaydada qapalı zərfdə təqdim edilməlidir. Təklif iki zərfdən ibarət olmalıdır: birinci zərfdə texniki təklif öz əksini tapmalıdır, ikinci zərfdə qiymət təklifi. Texniki təklifə aşağıdakı sənədlər daxildir:

  1.  Şirkət haqqında məlumat
  2.  Ekspertlərin CV-ləri
  3.  Əlaqələndirici şəxsin məlumatları
  4.  VÖEN və bank rekvizitləri

Qiymət təklifi qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər xərclər nəzərə alınmaqla hazırlanmalıdır.

Hər iki zərfin üzərində ayrı ayrılıqda aydın şəkildə adları göstərilməlidir.

Qiymətləndirmə ballarının 70%-i təklifin texniki göstəricilərini və 30%-i isə maliyyə əsaslandırılmasını əhatə edir. Qiymətləndirmə Əlavə I. Texniki Tapşırığa daxil edilmiş Qiymətləndirmə Cədvəli əsasında aparılacaq və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.

 

Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) ilə əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir.

 

Əlavələr:

  1. Texniki tapşırıq (əlavə 1)
  2. Mal-material və xidmətlərin siyahısı (əlavə 2)

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 25.05.2021-ci il tarixinədək elektron poçt vasitəsilə ([email protected]) müraciət edə bilərsiniz. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır.

 

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin

Tender komissiyası

 

 

 

 

Əlavə:

  1. Texniki tapşırıq (əlavə 1)
  2. Mal-material və xidmətlərin siyahısı (əlavə 2)
  3. Dəvət məktubu

 

 


Paylaş