QHT.az saytı Iradə Rizazadəni Fəxri Fərmanla təltif edib

QHT.az  saytı “Vətəndaşların Sosial Rifahı Naminə”  İctimai Birliyinin sədri Iradə Rizazadəni Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında  xidmətlərinə görə və anadan olmasının 65 illik yubileyi münasibətilə FƏXRİ FƏRMANla təltif edib.

 

QHT.az olaraq həmkarımız İradə xanını təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.

 

 

İradə Rizazadə

 

Doğulduğu Tarix: 04.08.1956,   İrəvan şəhəri 

                               

Təhsili: Ali - M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu 

 

İxtisası: rus dili və ədəbiyyatı müəlliməsi

 

İş Təcrübəsi

1978-1982  Daşkəsən r-n A.S.Puşkin adına orta məktəbdə rus dilli və ədəbiyyatı müəllimi

1982-1988  İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda rus dili müəllimi

1989-1993 Azərbaycan Qaçqınlar Cəmiyyətində şöbə müdiri

1993-2000 Azərbaycan Qızıl Aypara Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri

 2000-2004 “Azərbaycan Vətəndaş Birliyi” İctimai Birliyinin sədri

 

2004-cü ildən-hal-hazıradək “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

 

İctimai Fəaliyyəti

2004-cü ildən Milli QHT Forumunun idarə heyətinin üzvü 

2007-ci ildən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) partnyoru

2013-cü ildən Milli QHT Forumunun idarə heyətinin sədr müavini 

2015-2021 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü

2016-ci ildən - Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvü

2019-cu ildən – BMT-nin İqtisadi və Sosial Şurasının üzvü

2004-ci ildən – indiyədək UNHCR, UNDP, UMCOR, Norveç və Almaniya səfirlikləri, Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə icra olunan 100-ə yaxın layihənin rəhbəri olaraq çalışmışam.

 

İştirak etdiyi Təlimlər

Amerika Birləşmiş Ştatlarında, Belçikada, Gürcüstan, Ukrayna, Türkiyədə və eləcə də Azərbaycanda qaçqın və məcburi köçkün məsələlərinə dair bir sıra təlimlərdə iştirak etmişəm.

 

 

Fotolar


Paylaş