“Vərəmlə mübarizə haqqında” qanuna dəyişikliklər təklif olunur 

Bu gün Hilton otelində  "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa  əlavə və dəyişikliklərin edilməsi ilə bağlı vərəmlə mübarizədə aktiv olan QHT-lər, Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyası, Qlobal Vərəm əleyhinə Kokus və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə görüş keçirilib.  

 

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının maliyyə və proqram üzrə meneceri Aytən Hüseynova qanuna əlavə və dəyişiklərin hazırlanması ilə bağlı aparılan işlər haqqında məumat verib. 

 

Səhiyyə nazirliyinin nümayəndsi, baş ftizator Prof.Dr.Yavər Şıxəliyev hazırda qüvvədə  olan “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və qanunun həyata keçirlməsi ilə bağlı vəziyyət haqqında çıxış edib.  

 

Daha sonra çıxışçılar layihə rəhbəri, ÖƏK Katibliyinin nümayəndəsi Pərvanə Vəliyeva,   Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Dr. Nabil Seyidov,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, hüquq departamentinin mütəxəssisi Səmra Zülfüqarova  Vərəm haqqında qanunun təqdimatı, beynəlxalq təcrübə, Vərəm haqqında qanunun hüquqi cəhətdən şərh edilməsi mövzularında təqdimatla çıxış ediblər. 

 

 Təqdimatlar ətrafında müzakiərlər aparılıb.  Tədbir iştirakçıların rəy, təkliflərinin toplanılması  və qrup işi ilə yekunlaşıb.  Qeyd edək ki, görüşün məqsədi təcrübəli hüquqşünasların köməyi ilə maraqlı tərəflərin rəy və təklifləri nəzərə alınmaqla təkliflər paketi hazırlanaraq müvaiq qurumlara təqim olunmasıdır.


Paylaş