TƏBİB əməkdaşları üçün təlim keçirilib

15 sentyabr 2021-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və onun tabeliyində olan xəstəxanaların  əməkdaşları üçün “Korrupsiyaya hüquqpozmaları və onlara qarşı mübarizə”, “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib. 
 
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi  (ECSOFT) çərçivəsində keçirilib. Təlimdə Açıq Hökumət Milli Platformasının koordinatoru Alimammed Nuriyev təqdimatla çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb. 
 
Açıq Hökumət Milli Platformasının eksperti Zaur İbrahimli (Ибрагимли Заур )İbrahimli etik davranış qaydaları, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, rəhbər şəxslərin rəhbər tutmalı olduğu etik prinsiplər barədə təqdimatla çıxış edib. Etik davranış qaydaları ilə bağlı konkret keyslər iştrakçılarla birgə təhlil edilib və həll edilib. Təlimdə 32  nəfər iştirak edib. 

Fotolar


Paylaş