Komitə sədri Şöhrət Eyvazlını 50 illik yubileyi münasibəti ilə təbrik edib

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva İTV-nin Qarabağ müxbiri Şöhrət Eyvazlını 50 illik yubileyi münasibəti ilə təbrik edib.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva İctimai Televiziyanın Qarabağ müxbiri, “Hərbi And” qəzetinin əməkdaşı, Qarabağ müharibəsi veteranı Şöhrət Eyvazlı ilə Mədəniyyət Komitəsində görüşüb, onu 50 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Şöhrət müəllim,

Sizi 50 illik əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz hərbi jurnalistikaya 2002-ci ildə hərbi-vətənpərvərlik təbliğatı məqsədilə yaradılan “Hərbi and” qəzetində redaktor olaraq  başlamısız. İctimai Televizyada 2005-ci ildən 2007-ci ilədək “Salam, əsgər” hərbi verilişinin muxbiri vəzifəsində çalışmısız, 2007-ci idən İctimai Televiziyanın Qarabağ bolgə müxbirisiz.  

Azərbaycan Prezdenti İlham Əliyevin Sərəncamıyla 2015-ci ildə “Tərəqqi" medalı, Azərbaycan Prezdenti adınından Müdafiə Nazirliyi tərəfindən 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” və 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunmusuz. Eləcə də, "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medallına layiq görülmüsüz.

Heydər Əliyev Fondunun dəstəyi ilə “Hərbcinin qeyd və yaddaş kitabcası”, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ordudan təxris olan gənclərə iş tapmaqda məsləhətlər” nəşrlərinin tərtibcisi, “Qərbi Azərbaycan salnamələri” kitabının muəllifisiz. 

2019-2020-ci   illlərdə  Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabını hazırlamış, “Ermənistanın Azərbaycana qarşı ekolji terroru” və "Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu - "Marağa -150" abidəsi" filmlərinin ssenari müəllifi olmusuz. 

Siz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantısız və “İKT-nin inkişafının ictimai təhlükəsizliyə təsiri. Fəlsəfi aspekt” movzusunda elmi tədqiqat aparırsız. 

II Qarabağ Müharibəsində informasiya cəbhəsində səmərəli fəaliyyət göstəmiş, Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və digər bölgələrdə qaynar nöqtələrdən operativ xəbərlər və reportajlar hazırlamısız.  Hal-hazırda azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işlərini işıqlandırırsız.

Siz yalnız qələminizlə deyil, silahınızla da döyüşmüsüz. Ulu Öndər Heydər Əliyevin cağırışı ilə 1993-cü ildə könüllü olaraq Milli Orduya  yazılaraq Ağdərə bölgəsində zabit  kimi xidmətə başlamış və döyüş əməliyyatlarında iştirak etmisiz. Ehtiyatda olan kapitansız. 

Sizi bütün uğurlarınız və 50 illik əlamətdar yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva Ş.Eyvazlıya Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qazi jurnalist səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Fotolar


Paylaş
Oxşar xəbərlər