"Quba Yay Liqası"nın qalib və mükafatçıları bəlli oldu!

"Xəmsə" Milli İntellektual Oyunu üzrə "Quba Yay Liqası"nın final mərhələsində "Deadpool" komandası rəqiblərini üstələyərək liqanın qalibi adını qazanıb, II yeri "YURD"un uşaqları" komandası, III yerin sahibi isə "Assassin's Creed" biliciləri olub. 

 

Qaliblərimizi təbrik edir, digər komandalara isə gələcək yarışlarda uğurlar arzulayırıq! 

 

Qeyd edək ki, "Quba Yay Liqası" Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin, "ASAN Könüllülük Məktəbi"nin və "YURD" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.


Paylaş
Oxşar xəbərlər