"Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının  təbliğ olunması”  layihəsinə start  verilib

"Gənc Vətənpərvərlər İctimai  Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondun  maliyyə yardımı  ilə " Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının  təbliğ olunması ” adlı layihəyə start 

GVİB  layihənin icrasının  başlanması ilə bağlı konfrans keçirilib. İclasda  GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri  iştirak edirdilər

Konfransı giriş sözü ilə acan  layihə rəhbəri  Müqamət  Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd etdi ki, Gənclər Fondun yardımı  ilə  icra olunan layihə ilə bağlı  birliyin  İdarə Heyətində müzakirə olunmuş  və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 9 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü  aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin  kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu  müəyyənləşdirilmişdir.                                        

Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev    bildirdi ki, icra olunan layihə 27 sentyabr  2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixə kimidir . 

3 ay müddətində icra olunan layihə  Bakı şəhər  Ali və orta təhsil müəssisələrində həyata keçiriləcək.

Layihənin əsas məqsədi , Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda II –ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçiləriin, həmçinin qazi və qəhrəmanlarının  təbliğ olunması,  işğaldan azad edilmiş torpaqlarda məskunlaşmada gənclərin marağın artırılması, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini  əhali arasında təbliği, gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ali və orta ixtisas təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.                                                                                                                                     

 


Paylaş