Gəncliyimiz  “ağ  ölüm”ün cəngində:  QHT-lərin fəallığına ehtiyac var - Cəsarət Hüseynzadə

Gəncliyimiz  “ağ  ölüm”ün cəngində:   necə  xilas  edək?

 

21-ci əsrin  bəlalarından biri də narkomaniyadır. Təəssüf ki, son zamanlar uşaqdan böyüyə kimi bir çox insan bu bəlanın aludəçisi olub. Narkotik vasitə, psixotrop maddə və onların qanunsuz satışı,  cəmiyyəti ciddi şəkildə düşündürən, insanın  mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  qlobal problemlərdən ən başlıcasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı artıb. Hazırda dünya üzrə  milyondan çox narkotik istifadəçi var və  onların  yarıdan çoxunu  kişilər və qadınlar, digər hissəsini  isə gənclər, uşaqlar təşkil edir. Gəncliyimiz məhv olur. Nəzarətsiz qalan gənclər  hələ uşaq yaşlarında, başları aldadılaraq bunun aludəçisi olur və özlərini məhv edirlər.  Zamanla bu problemə diqqət yetirmədikdə, narkomanların sayı artaraq  yoluxucu xəstəlik kimi insanları məhv edir və  yaşadığımız kainatı dağıtmaq gücünə  qədər gəlib çatır. Hazırda daha çox narkotik vasitələrdən "Patı" və "Şüşə"maddəsi yayılıb.  Təəssüf ki, Azərbaycanda son zamanlar  narkotik vasitə satan və bu işlə məşqul olanlar hədsiz sayda çoxalıb. Hətta hər gün yeni bir dəstə-qrup tutularaq məsuliyyətə cəlb olunur. Əvvəllər bu hal az olsa da,  son illər hətta belə qeyd etsək , son 1 il ərzində bu  dəstələrin sayı hədsiz artıb. Düşünə bilirsinizmi hər gün on nəfərdən çox üzvü  olan   belə dəstələr aşkarlanır. Bu nə deməkdir bilirsiniz?  Məlumdur ki, bu Azərbaycanı sevməyən hansısa qüvvələr tərəfindən   həyata keçirilir. Azərbaycan xalqı  bu gün qalib xalqdır və onu qalibiyyətə aparan ordu gənclərdən ibarətdir. Bu yolla gənclərimizin həyatını məhv etməyə çalışırlar. Qalibiyyətimizi həzm edə bilməyənlər indi də gənc təbəqəni məhv edərək Azərbaycan xalqını əzmək istəyirlər. Təbii ki aidiyyəti orqanlar bu sahədə ciddi işlər aparır, hüquq- mühafizə orqanları,  sərhəd,  gömrük işçiləri təbliğatlar aparır. Bəs bizim məktəblər, universitetlər,  müəyyən qurumlar,  sosial media, ziyalılarımız , QHT-lər bu sahədə hansı işləri görür?  Gəncliyimizin sonu hara gedir? Bu sahədə nə kimi işlər görməliyik?

 

Olaylar.az-a bu barədə açıqlama verən   "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər dövlətin müvafiq qurumları tərəfindən narkotik satan və bununla məşğul olan qruplara qarşı ciddi tədbirlər görülməkdədir: "Əslində əvvəllər də bu məsələ ciddi olaraq diqqət mərkəzində olub.  Görünən odur ki, bəzi qüvvələr məqsədli şəkildə gənclərin həyatını məhv etmək, onları "ağ ölüm"ə sürükləmədə maraqlıdır və bununla bağlı fəaliyyətlərini daha da intesivləşdiriblər. Bununla gənclərimizi  və ölkəmizin gələcəyini  hədəfə alıblar. Dövlətin müvafiq strukturları tərəfindən ciddi formada narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparır. Hər gün biz ölkə daxilində müxtəlif "ağ ölüm"ü yayan şəxslərin saxlanaraq məsuliyyətə cəlb olunmasının  və eyni zamanda sərhəddən keçirməsinin qarşısının alınması ilə bağlı faktları görürük. Sözsüz ki, əsrin  bəlası olan "ağ ölüm"lə təkcə hüquq mühafizə orqanları mübarizə aparmalı deyil. Cəmiyyət olaraq hər birimiz bu istiqamətdə iş aparmalıyıq. Xüsusən də QHT-lərin  fəallığına ehtiyac var. 

 

Vətəndaş cəmiyyəti  prosesdə aktivlik göstərməyə çalışır. Müəyyən layihələr çərçivəsində maarifləndirici və təbliğat xarakterli işlər görülür. Pandemiya səbəbindən kütləvi tədbirlərin keçirilməsin   mümkün olmasa da, alternativ mexanizmlərdən istifadə olunur. Hesab edirəm ki, yeni şəraitə uyğun hüquq- mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində iş görülməsinə daha çox ehtiyac var. Bu məlumatların bölünməsi üçün vacibdir. Təhsil müəssisələrində, xüsusən  ali təhsil ocaqlarında fəaliyyətlər genişlənməlidir. Təbliğat və maarifləndirmə yeni çağırışlara uyğun olaraq, vizual formatda olmalıdır. Kampaniyalara məhşur şəxsləri cəlb etmək olar. Maarifləndirmə həmçinin valideynlərə də fokuslanmalıdır. "Ağ ölüm"un qurbanlarının acı həyat hekayələri kimi reportaj və videoçarxlaırn da hazırlnması və kütləvi yayımı maarifləndimə işinə tövhə ola bilər."

 

Gəncliyimiz mübariz gənclikdir. Hər addımbaşı  gənclərə izah etmək lazımdır ki, bu səni hər şeydən ayırır,  bu səni manqurt edir və heç nəyə çevirir. Daha sonra isə metro, universtet girəcəklərində, hətta marketlərdə belə  maarifləndirici  bukletlər,elanlar, afişalar asılmalıdır. Gəncliyimizin sağlam yetişməsi üçün əlimizdən gələni əsirgəməməliyik.

 

Mehriban Xəlilli

Olaylar.az


Paylaş