Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçirilib  - FOTOLAR

29 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Korrupsiyaya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət və etik davranış qaydaları” mövzusunda təlim təşkil olunub.

QHT.az xəbər verir ki, təlim “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və Azərbaycan Açıq Hökumət Platformasının eksperti Zaur İbrahimli tərəfindən keçirilib.  Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniq və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi  (ECSOFT) çərçivəsində keçirilib. Təlimçilər mövzular üzrə təqdimatlarla çıxış edərək korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında  Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat veriblər. Yekunda Komitə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Fotolar


Paylaş