Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçirilib - FOTOLAR

28 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşları üçün “Korrupsiyaya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət və etik davranış qaydaları” mövzusunda təlim təşkil olunub.
QHT.az xəbər verir ki, təlim “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və Azərbaycan Açıq Hökumət Platformasının eksperti Zaur İbrahimli tərəfindən keçirilib. 
 
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniq və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi  (ECSOFT) çərçivəsində keçirilib.
 
Təlimçilər mövzular üzrə təqdimatlarla çıxış korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri, korrupsiyaya qarşı mübarizə, dövlət işçilərində dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət işçilərinin əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışlar.
 

Fotolar


Paylaş