QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

QHT.az xəbər verir ki, 20 oktyabr 2021-ci il tarixdə onlayn formatda “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim keçiriləcək. 

 

Təlim Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iştirakı ilə keçirilir.

Təlimdə iştirak üçün QHT nümayəndələri 15 oktyabr  2021-ci il (saat 23:59-dək) aşaağıdakı linkdən onlayn qeydiyyatdan keçməkləri xahiş olunur.

 

Qeydiyyat linki: https://forms.gle/zsgZoRMUUExk6EVh8 

 

İlk 20 müraciət etmiş şəxslərə email vasitəsi ilə tədbirin zoom linki göndəriləcəkdir.

Təlim Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə icra edilən ECSOFT layihəsi çərçivəsində təşkil edilir.

 

Suallarla bağlı 051 207 23 24 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 


Paylaş