"Qanın  laxtalanma pozğunluluğunun müasir müalicəsi və pasient hüquqlarına dair seminar" keçiriləcək

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 22 oktyabr 2021-ci il tarixdə "Qanın  laxtalanma pozğunluluğunun müasir müalicəsi və pasient hüquqlarına dair seminar" təşkil ediləcək.
 
QHT.az xəbər verir ki, seminar çərçivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "Pasietin keyfiyyətli müalicəsi və seçim hüququ" və Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şobəsini  müdiri Naidə Hüseynzadə "İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları" mövzularına dair təqdimat edəcəklər. Seminar Azərbaycanda fəaliyyət göstərən   həkim hematoloqlar üçün nəzərdə tutulmuşdur. 
 
Seminar COVİD - 19 pandemiya şəraətini nəzərə alaraq  xüsusi dəvət ilə və karantin şərtlərinə uyğun formada keçiriləcək.

Paylaş