Obyektiv: Vətən müharibəsi qəhrəmanları - VİDEO

Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən 1 il ötüb. Dövlət başçısı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 83 hərbi qulluqçumuza “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. Qeyd edək ki, 26 noyabr 2020-ci il tarixli qanunla təsis edilən “Vətən Müharibəsi Qəhrəmanı” adı ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.

 

Bu ad Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üçün qarşıya qoyulmuş döyüş taöşırıqlarına və ölkəmizin dövlət sərhədinin bərpa edilməsi üçün döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

 

Prezident tərəfindən bu cür ali ada layiq görülmüş “Vətən Müharibəsi Qəhrəmanı” statusu almış hərbçilərin, həmçinin onlardan şəhid olanların ailələrinə diqqət və qayğı göstərilməsi ölkə başçısının bir çox qurumların qarşısına qoyduğu əsas şərtlərdəndir.

 

Ətraflı videoda: 

 

 

 

 


Paylaş