QHT-lər üçün təlim keçirilib - FOTO

20 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Açıq Hökumət Platformasının iştirakı ilə QHT-lər üçün “Korrupsiyaya ilə mübarizə və etik davranış qaydaları” mövzusunda onlayn təlim təşkil olunub.

 

QHT.az xəbər verir ki, təlimdə “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və Azərbaycan Açıq Hökumət Platformasının eksperti Zaur İbrahimli təqdimatlar etmiş və korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri, korrupsiyaya qarşı mübarizə, dövlət işçilərində dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət işçilərinin əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışlar. 

 

Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində keçirilib. Tədbirin sonunda 23 iştirakçıya onlayn sertifikatlar təqdim olunmuşdur.

 

Fotolar


Paylaş