Boccia İdman Federasiyasının yarışa hazırlıq çərçivəsində “Motivasiya Həftəsi” davam edir

Boccia Idman Federasiyasinın yarışa hazırlıq çərçivəsində “Motivasiya Həftəsi”nin bu həftəki qonaqları , Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti oldu.

QHT.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyi, YAP Sabunçu təşkilatı, Boccia İdman Federasiyasının birgə təşəbbüsü ilə Bakı Şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində Boccia İdman Federasiyasının idmançı və işçi heyəti ilə görüş keçirildi.

Mükafatlandırma mərasimdə Sosial Xidmətlər Agentliyinin nümayəndəsi, Əlilliyi olan Şəxslərin Peşə- Əmək Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova, YAP Sabunçu təşkilatının sədri Misirxan Vəliyev, YAP Sabunçu təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev, İctimai birliyin sədr müavini, Məcid Məmmədov, birliyin icraçı direktoru Zamin Zeynal, Millət vəkili Əliabbas Salahzadənin köməkçisi Hikmət Bunyatov, Boccia İdman Federasiyasının Baş katibi İlham Məhərrəmov və Qazilər iştirak edərək çıxış etdilər.

Çıxış edənlər bildirdilər ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası ilə bağlı məsələlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima diqqət mərkəzindədir. Əlilliyi olan şəxslərə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən işlərdə vətəndaş cəmiyyətilə birgə ideya və təşəbbüslərin əhəmiyyətindən danışdılar.

Birliyin icraçı direktoru Zamin Zeynal çıxış edərək qeyd etdi ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Prezident cənab İlham Əliyevin ictimai siyasət kursunu əsas götürərək Dövlət QHT münasibətləri fonunda Əlilliyi olan vətəndaşlarımıza ictimai, sosial, mənəvi dəstəklə bağlı tədbir və layihələr gələcəkdə davam etdirəcək.


Paylaş