“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” 

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 30.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Fərəhli,Alpoud,Dəmircilər və Ürkməzli kəndlərindən olan  9 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllü Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər.

 

     Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.

 

Ziyarət olunan şəhidlərimiz.

1. Şəhid Emil Əhməd Nazim oğlu Məmmədov  1994-cü il avqustun 25-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əhməd Məmmədov 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə" , "Şuşanın azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.

2. Şəhid  Elfak Eltun oğlu Daşdəmirov  1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elfak Daşdəmirov 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında dəfn olunub."Vətən uğrunda"  medalı ilə təltif olunmuşdur.

3. Şəhid  Məhəmməd Zakir oğlu Məmmədov  1994-cü il yanvarın 27-də Qazax rayonunun Alpout kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Məmmədov 2020-ci il oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Qazax rayonunun Alpoud kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda" , "Laçının azad olunmasına görə" medalı  medalları ilə təltif olunmuşdur.

4. Şəhid  Elcan Hidayət oğlu Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

5. Şəhid  Turan Nadir oğlu Məmmədov 1993-cü il avqustun 29-da Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Turan Məmmədov 2020-ci il oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.

6. Şəhid Elməddin Məqsəd oğlu Pənahov 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Pənahov 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda” , "Döyüşdə fərqlənməyə görə" 

"Füzulinin azad olunmasına görə" medalları  ilə təltif olunmuşdur.

7. Şəhid İlkin Aslan oğlu Şükürov  1995-ci il avqustun 27-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 2020-ci il 

oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində kənd qəbiristanlığında dəfn olunub. "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

8. Şəhid Anar Sahib oğlu Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kənd qəbiristanlığında dəfn olunub. "Qarabağ" ordeni , "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Kəlbəcərin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

9. Şəhid Kamil Ələddin oğlu Kərimov  1995-ci il iyulun 2-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub . Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Kamil Kərimov 2020-ci il oktyabırın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kənd qəbiristanlığında dəfn olunub . "Vətən uğrunda" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.


Paylaş