Qlobal Bakı Forumu dünyada birgəyaşayışı, sülhü və ədaləti təşviq edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.

 

Sayca 8-ci olan Qlobal Bakı Forumu hər zaman beynəlxalq  iştirakçıları əhatə edə bilib. Bu iştirakçılar sırasında beynəlxalq təşkilatların nümayəndələri və nüfuzlu xarici siyasətçilər və dövlət xadimləri yer alır. 

 

Noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın  iştirakı ilə ilk dəfə 2013-cü ilin 7-8 may tarixlərində keçirilən,   beynəlxalq humanitar münasibətlər sistemində özünə  mühüm yer tutan, nüfuzunu saxlayan bu forum dünyada birgəyaşayışı, sülhü və ədaləti təşviq edir. 

 

Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tarixi, keçdiyi inkişaf yolu, dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirəyə çıxarması bu Forumu fəal beynəlxalq  platformaya çevirir.  Xüsusi olaraq qeyd etmək lazımdır ki, Beynəlxalq Mərkəzdə bilik, təcrübə və müdrikliyi ilə seçilən intellektual dairələr birləşmişdir.

 

Platforma eyni zamanda ərazilərimizin işğal altında olduğu, Azərbaycan qarşı  qərəzli münasibətlərin mövcud olduğu dövrlərdə ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırlmasında müsbət mexanizmlərdən biri olmuşdur. 

 

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə, Azərbaycan Ordusunun 44 günlük müharibədə ərazilərimizi işğaldan azad etdikdən sonra da bu platforma  Azərbaycan üçün öz mahiyyətini saxlayır.  

 

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində iştirak etməsi və çıxışında müxtəlif məsələlər ilə bağlı beynəlxalq ictimaiyyətə mesaj verməsi diqqətdə saxlanılmalıdır.  

 

Dövlət başçısının çıxışında qeyd olunan Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə ölkəmizin risklərin idarə olunmasında təcrübəsini göstərir. Sözsüz ki bu siyasətdə Cənab Prezidentin göstərişi ilə Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizədə vacib addımların atılması xüsusi olaraq qeyd olunmalıdır.  Ölkə daxilində qısa zamanda tibbi infrastruktur pandemiya ilə səmərəli mübarizə məqsədlərinə uyğunlaşdırıldı, o cümlədən 13 yeni xəstəxana açıldı və 4 min əlavə çarpayı fondu yaradıldı, müxtəlif adda tibbi ləvazimatlar alındı.

 

Vaxtında qərarların qəbul edilməsi uğurlu mübarizənin aparılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirən əsas amildir. Bu səbəbdən pandemiyanın nəzarətə götürülməsi, effektiv tədbirlər vasitəsilə virusun geniş yayılmasına imkan verilmədi. 

 

2020-ci il Azərbaycan xalqı və dövləti üçün mühüm və sevincli il oldu. Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etdi. 

Paralel olaraq diqqətdə saxlamaq lazımdır ki, müharibə və müharibənin nəticələrinin aradan qaldırlması istiqamətində mühüm maliyyə resursları sərf olunmuşdur. 

Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi sosial yardım paketlərinin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılmışdır. 2.9 milyard dollar həcmində dövlət büdcəsindən ayrılan vəsait pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsinə istiqamətləndirilməsi, biznes sahəsinə  dövlət dəstəyinin həyata keçirilməsi gerçəkləşmişdir. 

 

Sosial paketin bir hissəsinin müharibədən öncə gerçəkləşməsinə baxmayaraq, onu da diqqətdə saxlamaq lazımdır ki, Azərbaycanın ərazilərinin bir hissəsinin işğalda olması səbəbindən, ölkəmiz hər zaman müharibə reallıqlarına hazır idi. 

 

Sözsüz ki, dövlət başçısının çıxışının bir hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsinə həsr edilmişdir.

Prezident çıxışında Azərbaycanın  öz gücünə ərazi bütövlüyünü bərpa etməsəydi, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə  hələ uzun illər həllini tapmamış qalacaqdı deməsi, beynəlxalq ictimaiyyətə açıq bir mesajdır. 

 

Bu mesajda ikili standartların olması,  təkcə BMT deyil, həm də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulamam Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar analoji -  Ermənistanın işğalçılıq siyasətini pisləyən və işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etməsinə baxmayaraq  Azərbaycanın haqlı mövqeyinin praktik müdafiə olunmaması – qərarların icra edilməməsi diqqətə çatdırılır. 

 

Nəticədə isə cəzasızlıqdan ruhlanan Ermənistan  yeni müharibə və yeni işğal planları, Azərbaycana qarşı ardıcıl təxribatları törətməyə başlamışdı.

 

Bütün bunlara baxmayaraq Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu göstərmişdir. 

Prezident İlham Əliyev  müharibədən öncə və müharibə dövründə Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoydu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl versin. Lakin sözlə başa düşməyən ermənilər 44 günlük müharibədə 7 min əsgərinin ölümü və acı məğlubiyyət nəticəsində reallığı başa düşə bildi..

Azərbaycan Prezidenti Qlobal Bakı Forumunun imkanlarından istifadə edərək İşğaldan azad olunmuş ərazilərin tamamilə dağıdılması, Ermənistanın vandalizm siyasəti haqqında dünya ictimaiyyətinə məlumat verib.  Dövlətimizin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini sürətlə aparması, tezliklə vətəndaşları öz doğma torpaqlarına qaytarmaq üçün həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Cənab Prezident bir daha yüksək tribunadan Post-münaqişə dövründə Azərbaycanın konstruktiv təkliflərini, sülh təşəbbüslərinin Ermənistan tərəfindən cavablandırılmamasını, hələ ki demarkasiya və delimitasiya işlərinə başlanmaması vurğulayıb. 

Cəsarət Hüseynzadə,

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, 

QHT.az saytının rəhbəri

 

 

 


Paylaş