Təhsil Nazirliyi ləğv edilmiş QHT-nin namizədini qeydə alıb – Biabırçılıq

Bildiyimiz kimi noyabrın 18-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi İctimai Şuraya seçkilər ilə bağlı məlumat paylaşıb.

Nazirliyin yaydığı məlumata əsasən 16 şəxsin namizədliyi qeydə alınıb.  

 

Namizədlər sırasında  “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin namizədi kimi Gülməmməd Məmmədov göstərilir. 

 

QHT.az xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021-ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılması haqqında qərar verib.

 

Yeni "Qarabağa dönüş” İctimai Birliyi yaradılıb.

 

Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, Dağlıq Qarabağ anlayışı mövcud deyil.

 

Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. 

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

 

https://edu.gov.az/uploads/news/2021/11/ictimai-shuraya-namizedlerin-siyahisi.pdf

 


Paylaş