Gənclər təşkilatı narkomaniyaya qarşı tədbirlərini Astara rayonunda davam etdirib

“ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi ictimai Birliyi  Azərbaycan Respublikasınin Gənclər fondunun dəstəyi ilə “ Narkomaniya insanlığın faciəsidir” adlı növbəti tədbirini 16 noyabr 2021- ci il tarixində Astara rayonunda davam etdirib. Rayon Mərkəzi  kitabxanasında keçirilən tədbirdə  rayon ziyalıları,  Astara pedaqoji kollecinin tələbələri,  Astara rayon 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və  rayon gəncləri iştirak edib. Dövrümüzün ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadlar  barədə geniş müzakirələr aparılıb.            
Təşkilatın nümayəndəsi Tələt Qəribov çıxışında qeyd etdi ki, narkomaniya təkcə insanların sağlamlığına ziyan vurmur, o eyni zamanda cəmiyyətdə bir cinayətkarlar dəstəsi  yetişdirir.   

Rayon ağsaqqallar şurasının sədri Natiq İbadov, Pedaqoji kolleci tələbə gənclər təşkilatının sədri Elgün Əzimov, kollecin tələbəsi Yüksər Salmanzadə, 1 saylı tam orta məktəbin şagirdi Kəmirə Heydərova, Ziba Qurbanzadə və başqaları narkomaniya haqqında, gənclərimizi bu bəladan xilas yolları barədə öz fikirlərini bildirdilər. 

                                                                                                                                            


 

Fotolar


Paylaş
Oxşar xəbərlər