Azərbaycan “Himayədar ailə” qayğı modelinin tətbiqi sahəsində Türkiyə təcrübəsini öyrənir 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti himayədar ailə institutunun tətbiqi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə qardaş ölkədə səfərdə olub.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış mütərəqqi nümunələrindən biridir. Dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə onların ailə mühitində yaşamalarına şərait yaradılmasını nəzrdə tutan bu modelin ölkəmizdə də tətbiqinə hazırlıq işləri aparılır. Türkiyənin bu sahədə təcrübəsindən istifadə edilməsinə də xüsusi önəm verilir.

 

Səfər çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin aidiyyəti rəhbər şəxsləri ilə görüşlər keçirilib. Görüşlərdə ölkəmizin uşaq müdafiə sistemi və övladlığagötürmə modeli barədə təqdimat edilib. Hər iki ölkənin alternativ qayğı sahəsinə aid məlumatların mübadiləsi aparılıb.

 

Türkiyədə himayədar ailə institutunun tətbiqi ilə bağlı qanunvericilik aktları, idarəetmə modelləri ilə tanışlıq olub. Bu sahədə aidiyyəti qurumların funksiyaları, mərkəzi və yerli səviyyədə işin, qurumlararası koordinasiyanın təşkili praktikası öyrənilib, himayədar ailələrə ziyarətlər təşkil edilib.

Fotolar


Paylaş
Oxşar xəbərlər