Amnistiya aktının icrası çərçivəsində bu gün ölkə üzrə 60-a yaxın məhkum azad edilib

Dekabrın 1-də Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma amnistiya aktının tətbiq edilməsi barədə qərar təqdim olunub.

 

QHT.az  xəbər verir ki, Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bugünkü tədbirdə əsasən islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən 20 nəfərə təqdim edildiyini bildirib.

 

Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrası çərçivəsində dekabrın 1-də ölkə üzrə 60-dək məhkum cəzadan azad edilib.

 

N.İsmayılov diqqətə çatdırıb ki, indiyədək Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-sı qərar və məhkəmələrə verilən təqdimatlar əsasında cəzalarının qalan hissəsindən azad edilib. 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib. Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri, 18-i ictimai işlər, 150 nəfər cərimə, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzalarına məhkum olunan şəxslərdir.

 

İdarə rəisi bildirib ki, Amnistiya Aktı əsasında cəzadan azad edilən məhkumların 92-si qadın, 558 nəfəri kişidir. Həmçinin onların 47-si 60 yaşına çatmış şəxslər, 2-si isə Vətən müharibəsinin iştirakçısıdır.


Paylaş
Oxşar xəbərlər