Xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında müsabiqə keçirilib - FOTO

Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi və "GÜVƏN" Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 3 Dekabr - "Beynəlxalq Əlillər Günü" münasibəti ilə Binəqədi Gənclər Evində xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında "Bacarıqlı əllər" müsabiqəsi keçirilmişdir. 

 

Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsinin direktor səlahiyyətlərini müvəqqəti əvəz edən Zeynal Rəşidli, "GÜVƏN" Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev əlil insanlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. N.Tarverdiyev bu cür tədbirlərin keçirilməsində əsas məqsədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası təmin etmək, bacarıqlarının üzə çıxarılması və dəstəklənməsindən ibarət olduğunu qeyd etdi.

 

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə ilk olaraq tədbirin təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz minnətdarlığını bildirdi. İ.Rizazadə sədri olduğu "VSRN" İB-nin sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslərlə bağlı gördüyü işlərdən söz açdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin dəstəyilə VSRN İB-yi tərəfindən Binəqədi rayonunda yaradılan "Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi"nin fəaliyyəti, Mərkəzdə uşaqlara göstərilən xidmətlər, onların cəmiyyətə tam inteqrasiyası üçün həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Tədbirdə Sosial Reabilitasiya Mərkəzinin uşaqları da öz əl işlərini nümayiş etdirib.

Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə diplomlar və müxtəlif hədiyyələr təqdim olunmuşdur.


Paylaş
Oxşar xəbərlər