Yeni sosial paket 2022-ci ildə vətəndaşların sosial rifahına müsbət təsir edəcək

2022-ci il üçün elan edilən sosial paket maliyyə tutumu və əhatə dairəsi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Həssas sosial qrupdan olan 732 min vətəndaşın sosial rifahına yönələn Sosial Paketin mühüm əhəmiyyətindən biri də ondan ibarədir ki, hazırda böyük sosial infrastruktur layihələrinin icra olunduğu və Qarabağa qayıdışı  hədəfləyən proqramların icrası dövrünə  təsadüf edir. Bu o deməkdir ki, Prezident İlham Əliyev bütün sahələri diqqətə saxlayır. Həlli vacib olan məsələlərlə yanaşı, davamlı sosial təminat məsələsinə də xüsusi önəm verir.

Bu baxımdan Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsi hər zaman Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, onun həyat tərzinin artırılması məsələsi dayanır. Bu baxımdan xüsusi olaraq qeyd etmək vacibdir ki, növbəti ilin büdcəsi sosialyönümlüdür. 2022-ci ilin dövlət büdcəsinin demək olar ki, yarısı - 46.4 faizi sosial xərclərə ayrılıb.

Dövlət başçısı tərəfindən verilən sonuncu sərəncamlar sosial sahədə aparılan davamlı siyasətin bariz nümunəsi və mühüm göstəricisidir.

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bunun nəticəsi olaraq əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.

İslahatların əhatə etdiyi vətəndaşların sayı və maliyyə tutumu deməyə əsas verir ki, elan olunun yeni sosial paket 2022-ci ildə vətəndaşların sosial rifahına müsbət təsir edəcək.

Son 3 ildə artırılan sosial ödənişlərə diqqət etsək görərik ki, bu artımların böyük əksəriyyətində nisbət hər hansı faizlə deyil, dəfələrlə  (2 və ya 3 dəfə) artımdan bəhs edilir. Məsələn əlilliyi olan şəxslərin müavinətini 2019-cü illə müqayisə etsək yeni fərmanla bu fərq 2,2- 2,5 dəfə artırılıb.

Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb.

Rəqəmlər özü-özlüyündə dövlətin sosial siyasətini əks etdirməklə bərabər, bu siyasətin davamlı inkişafa mühüm tövhəsini göstərir.

Cəsarət Hüseynzadə

QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri


Paylaş
Oxşar xəbərlər