“Türkiyə və Azərbaycan qaziləri çiyin-çiyinə addımladı” - FOTO +VİDEO

 

Türkiyədə Mersinin və Adanın qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərə start verilib.

Bu barədə QHT.az -a “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Türkiye Muharip Gaziler Derneyinin təşkil etdiyi builki tədbirlərdə Azərbaycandan bir qrup Qarabağ müharibəsi qazisi də iştirak edir.

“Bayram tədbirlərinə Mersin şəhərində start verildi. Əvvəlcə dəmr yol vağzalında bir vaxtlar Mustafa Kamal Atatürk və silah arkadaşlarının gəldiyi yolla gələn qazilər Türkiyə bayrağını Mersin valisinə təqdim etdilər”,- deyə Emin həsənli bildirib.

Qeyd edək ki, bayraq təqdim etmə mərasimində Mersin Valisi Ali İhsan SU, Mersin Milletvekili Olcay Kılavuz, Akdeniz Bölge ve Garnizon Komutanı Tuğamiral Fuat Gedik, Büyükşehir Belediye Başkanı Vahap Seçer, Türkiye Muharip Gaziler Derneği Genel Başkanı Beyazıt Yumuk, Türkiye Muharip Gaziler Derneği Mersin Şube Başkanı Kemal Cındız, TEMAD Mersin İl Başkanı Halil Kur, Harp Malulü Gaziler Şehit Dul ve Yetimler Derneği Mersin Şubesi Başkanı Fatih Tuncer və qardaş ölkənin qaziləri ilə yanaşı Azərbaycandan gələn nümayəndələr də iştirak edib. Qarabağ qaziləri və “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin də qatıldığı tədbirdə ilk dəfə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da qaldırılıb: “İlk dəfə idi ki, ön cərgədə Türkiyə qaziləri ilə Azərbaycan qaziləri  çiyin-çiyinə addımlayırdı. Onların ardınca isə rəsmi şəxslər – Şəhır valisi, Qarnizon komutanı, Böyük şəhər bələdiyyəsinin sədri gedirdi”.

Şəhəır əhalisinin də qatıldığı  tədbir böyük ruh yüksəkliyi ilə keçirilib. Türkiyə Silahlı Qüvvlərinin helikopterlərinin nümunəvi uçuşları bayram əhval-ruhiyəsini bir qədər də artırıb.

Bundan sonra tədbirlər  Türkiye Muharip Gaziler Derneyinin Mersin şöbəsində davam etdirilinb. Burada bayram görüşü olub. Bayram görüşündə şəhər valisi, bələdiyyə sədri, Ağ dəniz qarnizon komtanı, jandarma komtanı iştirak edib. Tədbirdə həm Türkiyə, həm də Azərbaycan qazilərinə hədiyyələr, fəxri fərmanlar təqdim olunub. Görüşdə çıxış edən Türkiye Muharip Gaziler Derneyinin başqanı Bəyazit Yumak və  “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edib. Natiqlət Türkiyə-Azərbaycan qardaşlığından və bu qardaşlığın əbədi olduğundan danışıbalr.

Həm şəhər valisi, həm də bəlıdiyyə sədri Azərbaycanlı qazilərin bu bayramda iştirakını yüksək qiymətləndirib və bu ənənənin davam etməsini arzuladıqlarını vurğulayıblar. Onlar Azərbaycanın Qarabağ savaşında zəfərini İstiqlala savaşından sonra Türk dünyasında ən möhtəşəm qələbə olduğunu dönə-dönə vurğulayıblar.

Xatırladaq ki, Mersinin və Adanın qurtuluşunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə Azərbaycan qazilərinin  iştirakı Türkiye Muharip Gaziler Derneyinin dəvəti “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb.

 

 


Paylaş
Oxşar xəbərlər