Rusiyanın işğalı davam edir

Keçmiş Sovet Respublikalarının ərazisində baş verən hadisələr fonunda ardıcıl olaraq Rusiyanın həmin ərazilərə sülhməramlı adı altında müdaxiləsi davam etməkdədir. Qazaxıstanda baş verənlər bunu bir daha təsdiq edir. Etirazçıların önündə hər hansı siyasi bir qüvvənin görünməsi barədə məlumat verilmədi. Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, bu düşünülmüş və ssenarisi əvvəlcədən müəyyən edilmiş hadisədir. İnsanlar qazın qiymətinin artırılmasına etiraz edir. Dövlət dərhal etiraza reaksiya verib, qiyməti sabit saxlamaq barədə qərarı elan edir. Ancaq bunun heç bir faydası olmur. Etirazlar daha da genişlənir. Etirazçılar arasındakı müxtəlif qruplar meydanı ələ alır. Və silahlar paylanılır.
Bu o anlama gəlmir ki, baş verən qarşıdurma idarə edilmir. Baş verən hadisələrdə ən vacib faktlardan biri də Prezidentin xalqa rus dilində müraciət etməsidir. Bunun ardınca isə hadisələrdə müxalif kimi təqdim edilən narazılar da rus dilində etiraz videosu yayımlayır. O qədər mürəkkəb və çox səbəbli hadisələr cərəyan edir ki, ilk olraq hadisələrin təşkilatçısı kimi nəzərlər Nursultanın üzərində daynır. Bir neçə gün susqunluq. Nəhayət Lukaşenko dövriyyəyə daxil olur və Nazarbayev tapılır. Daha sonra isə Nazarbayev Prezidentə dəstək nümayiş elətdirir. İğtişaşçı adlandırdıqları kütləyə silahı yerə qoymağa çağırış edir. Həbslər başlayır. Prezident terrorçuların 20 minə qədər sayda olduğunu və xaricdən təlimat aldıqlarını, dövlətin müstəqilliyinin təhlükədə olduğunu səbəb gətirərək KTMT –yə müraciət eləməyə yol açır. Ərdoğanın TURAN birliyiının başında duran ən önəmli Türk dövləti Rusiya tərəfindən sülhməramlı adı altında işğal edilir. Qazaxstan xalqının haqqı darmadağın olunur. Nəticədə isə böyük dövlətlərin böyük maraqları xalqı qardaş qırğınına verir. Faciə ilə müşaiət olunan hadisələr xalqın kütləvi şəkildə başıpozuq rəhbəri tərəfindən güllələnməsini reallaşdırdı. hadisələrin gedişi onu göstərir ki, Qazaxıstan hadisələrinin yaranması düşünülmüş ssenari üzrə cərəyan edib. Qazaxıstanda iğtişaş baş verir, Putin isə dini ayinlər icrasındadır guya. Tam sakit və guya olanlardan xəbərsiz. Moldaviya, Gürcüstan , Azərbaycan, Ukrayna, Qazaxıstan bu sıralama ilə Rusiya artıq hər yerdədir. Görünən budur.

Subut Mehdiyev


Paylaş