QHT 2021-ci ildəki fəaliyyəti haqda video çarx təqdim edib- VİDEO

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2021-ci il ərzində  ictimaiyyətə və aidiyyəti qurumlara  fəaliyyəti haqqında video çarx təqdim edib. 
 
QHT.az xəbər verir ki, video çarxda Assosiasiyanın geniş fəaliyyəti əks etdirilmişdir. Bununla bərabər Assosiasiyanın aidiyyəti dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlıq çərçivəsində görülən işlər vurğulanmışdır.
 
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov birgə əməkdaşlığa görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə və digər səhiyyə strukturlarına təşəkkürünü bildirərək 2022-ci ildə səhiyyə və sağlamlığın inkişafına nail olmaq üçün fəaliyyətlərini genişləndirməyi vurğulamışdır!
 

 


Paylaş