Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri QHT-nin qonağı olub - FOTOLAR

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub.

 

Bu barədə  QHT.az-a  Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib.

 

Təşkilat rəhbəri qeyd edib ki,   Bir Vətəndaş Cəmiyyəti olaraq qapımız daim dostlarımıza açıq olub."Zahid müəllim  BAMF-ın  son 30 ildə gördüyü işləri o qədər gözəl dəyərləndirdi ki, çox xoş oldu. BAMF-ın ölkə və beynəlxalq əhəmiyyətli addımlarını illərdir diqqətlə izlədiyini dilə gətirən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin daim birgə layihələrimizə dəstək verdiyini və bu ildən etibarən qorunub saxlanılması, fəaliyyəti vacib Vətəndaş Cəmiyyəti kimi BAMF-la əlaqələrinin daha sıx qurulmasında əlindən gələni əsirgəməyəcəyini söylədi. "

 

 Eurasiya Diary(Avrasiya gündəliyi) ednews.net Analitik İnformasiya Portalı BAMF və Avrasiya Media Şəbəkəsinin ən böyük layihələrindən biridir. 

 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc ednews.net-lə bağlı  müsbət düşüncələrini bildirib:

  

“BAMF rəhbərliyinin həm ölkədaxili, həm beynəlxalq prosesləri dərindən bilməsinə söykənir ednews.net saytının düzgün istiqaməti. Bu gün yetərincə KİV orqanı var ki, əməkdaşlarının beyin məhsulunun, zəhmətinin hesabına məşhurlaşıblar. Ancaq adətən hansısa bir media orqanının, informasiya təşkilatının məşhurlaşması və böyük çıxarlarının əldə olunması Azərbaycan dövlətini hansısa formada yamanlamaq, ona hücum etməklə və ya Azərbaycan xalqına zərbə vurmaqla özünü göstərib. Əks halda məşhurlaşmanın ikinci alternativ yolunu tapmayıblar. Ednews.net həqiqətən də göstərdi ki, bir qələbə platformasını elə daşımaq mümkündür ki buradakı informasiyalar Azərbaycan dövlətinin maraqlarına xidmət etsin, xarici informasiya resursları ona istinad edəndə, həm bir tərəfdən mötəbər mənbə olduğunu görsün, eyni zamanda onun balanslı mövqe apardığını əldə əsas götürsün, Azərbaycana qarşı istifadə etməsin. Bu hansısa real problemləri inkar etdirməyi nəzərdə  tutmur. Ona görə də ednews.net platforması hesab edirəm ki yaxşı bir nümunədir. Burada seçilən xətt və əsas qarşıya qoyulan hədəflər doğrudur. Onun imkanlaı nə qədər artcaqsa bu Azərbaycanın xarici informasiya maraqlarına,siyasi milli maraqlarına xidmət edəcək”

Fotolar


Paylaş