Ukraynanın səfiri QHT-nin qonağı olub - FOTOLAR

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin nümayəndəsi Dorogeyev Oleksandr Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı oldu.

 

Bu barədə QHT.az-a   Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib. 

Umud Rəhimoğlu qeyd edib ki, qonağa qurumun yaranması və fəaliyyətindən danışdıq. "BAMF-ın Qarabağ münaqişəsi başlayan gündən fəaliyyət göstərdiyini və yarandığı gündən təşkilatın qarşısında duran əsas məqsədlərdən birinin Azərbaycan və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduğunu bildirdik. "

 

Görüşdə yeni ildə hər iki tərəf üçün maraqlı olan müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsini müzakirə edilib. 

Qey edək ki, BAMF beynəlxalq statuslu bir təşkilat kimi xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub. BAMF ilə Ukrayna Səfirliyi arasında uzun müddətdir əməkdaşlıq əlaqələri mövcuddur.

Fotolar


Paylaş