İkram Kərimov TDABEA "Fəxri professoru" seçilərək ona akademiyanın diplomu verilib

Uzun illər respublikamızın məhkəmə-hüquq sistemində yüskək vəzifələrdə çalışmış, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri olmuş, hazırda Bank Ombudsmanı kimi fəaliyyət göstərən Azərbaycanın “Əməkdar hüquqşünas”ı İkram Kərimov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) “Fəxri professoru” seçilərək ona akademiyanın diplomu verilmişdir. O, həmçinin “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilmişdir.

 

 

İ.Kərimov TDABEA-nın qərarı ilə Türk dünyası qarşısındakı mühüm xidmətlərinə, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin genişləndirilməsinə töhfələrinə görə mükafatlandırılmışdır.

 

 

Qeyd edək ki, İkram Kərimov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik aktları layihələrinin hazırlanmasında yaxından iştirak etmiş, bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında respublikamızı təmsil etmişdir.

 

 

Peşəkar fəaliyyətinə və məhkəmə-hüquq sistemində səmərəli xidmətlərinə görə o, “Şərəf nişanı” ordeni, “Tərəqqi”, “Əmək veteranı” medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti, SSRİ Baş Prokuroru, Ümumiittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurası, həmçinin müstəqil respublikamızın Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən Fəxri Fərman və digər mükafatlara layiq görülmüşdür.


Paylaş