Uşağın bağçada döyülməsilə bağlı araşdırma başlayıb - DİN

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin körpəyə qarşı şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb.

 

 

 

QHT.az xəbər verir ki, görüntülərdə qadının körpəyə "çörəyi dişlə, saxla ağzında" deyə israr etməsi, körpənin onun dediklərini gec icra etməsi, nəticədə azyaşlının başına vurması yer alıb.

 

 

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır:

 

"Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

 

 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib.


Paylaş
Oxşar xəbərlər