Azərbaycanda “Omicron” ştamı qeydə alındığı üçün peyvəndləmə prosesini yüksək fəallıqla davam etdirməliyik

Heç bir dövlət pandemiyanın tam qarsısın ala bilməsə də uğurlu təcrübələr bu bəladan az itki ilə çıxmağın mümkünlülüyün sübut edir. Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. 

 

C. Hüseynzadə bildirib ki, Koronavirus pandemiyasının “Omicron” ştamı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında dünya boyu ciddi artım müşahidə edilir. Açıqlanan son məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib.

 

“Səslən bu rəqəmlər həqiqətən qorxuludur.  Eyni zamanda onu da bilməliyik ki, hazırda dünya boyu 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Və bu yoluxmalarda “Omicron” ştamı üstünlük təşkil edir.  Heç bir dövlət pandemiyanın tam qarsısın ala bilməsə də uğurlu təcrübələr bu bəladan az itki ilə çıxmağın mümkünlülüyün sübut edir.”

 

Təşkilat sədri qeyd edib ki, Azərbaycan da bu sahədə uğurlu hekayəsi olan ölkələrdən biridir və Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. 

“Sözsüz ki, uğur nəticənin  əldə olunmasında mühüm amillərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə peyvəndlərin ölkəmizdə vaxtında və lazımı sayda gətirilməsidir. Uğurlu nəticələri, daha doğrusu sağlamlığımızı qorumaq üçün ölkəmizdə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir.”

 

Yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınması bizi daha diqqətli və daha məsuliyyətli olmağa məcbur etdiyini diqqətə çatdıran Cəsarət Hüseynzadə söyləyib ki, aparılan araşdırmaları və tövsiyələri nəzərdən keçirsək məlum olur ki, “Omicron” və təkrar xəstələnmə hallarından əldə edilmiş immuniteti güclü olanlar daha çox yayına bilir. “Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına da daha az rast gəlinir. Qorunma səviyyəsinin artırılması üçün vətəndaşların “buster” doza peyvəndlənməsi bu fonda zəruri hesab olunur.”

 

 


Paylaş