25 layihəyə 2 milyon manat qrant ayrıldı - QALİBLƏRİN SİYAHISI

Qrant müsabiqəsində 76 layihə təqdim olunub. Təqdim olunan 25 layihə qalib elan edilib və dəstəklənən layihələrə 1 998 000 manat qrant ayrılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2021-cu il üçün növbəti qrant müsabiqəsi elan edib.

QHT.az  xəbər verir ki, müsabiqəyə 76 layihə təqdim olunub.

Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 5 yanvar 2022-ci il tarixli qərarı ilə 25 elmi tədqiqat qrant layihəsi müsabiqənin qalibi elan olunub.

Layihə rəhbərinin soyadı, adı, atasının adı

Layihənin adı

Elmi müəssisə

Layihənin smeta dəyəri (manatla)

Müddəti

1

Kərimov Fəxrəddin Nəcməddin oğlu

Atmosferə atılan antropogen mənşəli karbon qazının utilizasiyası məqsədilə ehtiyyatı tükəmiş neft-qaz laylarının qaz saxlama anbarı kimi istifadəsinin geofiziki tədqiqi

Neft və Qaz İnstitutu

90 000

12 ay

2

Hüseynov Elçin Məmmədəli oğlu

Neft məhsullarının səth və termofiziki xüsusiyyətlərinin silisium dioksid nanohissəcikləri ilə təkmilləşdirilməsi

Radiasiya Problemləri İnstitutu

110 000

18 ay

3

Alıquliyev Ramiz Məhəmməd oğlu

Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsiziliyi məsələləri

İnformasiya Texnologi­yaları İnstitutu

160 000

24 ay

4

Əfəndiyev Qalib Məmməd oğlu

Mürəkkəb geoloji şəraitdə qazılan dərin ax­ta­rış-kəşfiyyat quyularında qoruyucu kəmər­lə­rin layihə dərinliyinə çatdırılması və sementlə­mə­nin keyfiyyətinin artırılması məqsədilə kompleks elmi-tədqiqat işləri əsasında texnoloji tədbirlərin işlənib hazırlanması

Neft və Qaz İnstitutu

90 000

12 ay

5

Əhmədov Fərid İbrahim oğlu

Neft və neft məhsullarının böyük həcmli konteynerlərdə ehtiyyatlarının qiymətləndirməsi üçün ssintilyatorlu qamma detektorlar əsasında cihazın laboratoriya prototipinin hazırlanması

Radiasiya Problemləri İnstitutu

65 000

12 ay

6

Feyzullayev Əkpər Əkpər oğlu

Qalmaz strukturun IV blokunda yeraltı qaz anbarı­nın (YQA) yaradılmasının və səmərəli istismarının texnologiyasının işlənilməsi məqsədilə bu blokun maddi tərkibinin, quyu məhsuldarlığının, o cümlə­dən 1-2 bloklarda YQA çoxillik istismarının səmərə­li­liyinin kompleks təhlili

Geologiya və Geofizika İnstitutu

65 000

12 ay

7

Martınova Qalina Serqeevna

Azərbaycanın naften neftlərinin balneoloji fenomenin geoloji təbiətinin öyrənilməsi üçün yüksək informativ analitik texnologiyaların tətbiqi.

Geologiya və Geofizika İnstitutu

75 000

12 ay

8

İbrahimova Minavər Cəfər qızı

Dizel distillatının ion-maye ekstraksiya üsulu ilə seçici təmizlənməsi

Neft-Kimya Prosesləri İnstitutu

140 000

24 ay

9

İsgəndərov Sübahət Məmmədəli oğlu

Köhnə neft istismarı ərazi torpaqlarının fitoremediasiya üsulu ilə təmizlənməsi

Torpaqşü­naslıq və Aqrokimya İnstitutu

55 000

12 ay

10

Bağırov Hasil Cəmil oğlu

Neftlə çirklənmiş ərazilərdə müasir texnoloji avadanlıqlardan istifadə etməklə sənaye üsulu ilə hidroponik-energetik yem istehsalı

Torpaqşü­naslıq və Aqrokimya İnstitutu

85 000

15 ay

11

Məmmədova Ülviyyə Əhməd qızı

Neft yataqlarının neftveriminin artırılması üçün yeni bitki mənşəli kitrə-biopolimer “nanomayelərin” yaradılması

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

65 000

12 ay

12

Abdullayev Yusif Əfrəddin oğlu

Neft sənayesində tətbiq olunan ekoloji təhlükəsiz üzvi reagentlərin yaradılması

Neft-Kimya Prosesləri İnstitutu

55 000

12 ay

13

Kəlbəliyev Qüdrət İsfən­diyar oğlu

Asfalten-qətran tərkibli neft emulsiyalarının ayrılma proseslərinin təhlili və riyazi model­ləşdirilməsi

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

65 000

12 ay

14

Məmmədova Pərvin Şamxal qızı

Çətin çıxarılan və ağır neft yataqlarının işlənilməsində innovasiya texnologiyalarının tətbiqi

Aşqarlar Kimyası İnstitutu

120 000

12 ay

15

Rəhimov Rəvan Abdullətif oğlu

Quyulardan neftin hasilatını artırmaq üçün yeni SAM-polielektrolit komplekslərinin alınması və tədqiqi

Neft-Kimya Prosesləri İnstitutu

75 000

12 ay

16

Nurubəyli Təranə Kamil qızı

Neft - qaz yataqlarının proqnozlaşdırılması dəqiqliyinin artırılmasında induktiv əlaqəli plazmalı kütlə spektrometriyası və digər (məsələn, optik) üsulların tətbiqi

Fizika İnstitutu

80 000

12 ay

17

Məcidzadə Vüsalə Asim qızı

Neft sənayesi avadanlıqlarında tətbiq etmək üçün Mo-S əsasında yüksək temperaturda sürtünməyə davamlı nazik təbəqələrin elektrokimyəvi üsulla alınması və xassələrinin tədqiqi

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

50 000

12 ay

18

Əliyeva Həyat Şmidt qızı

Çoxdivarlı karbon nanoborular əsasında neftvermə əmsalını artıran effektiv kompozisiyaların işlənilməsi

Aşqarlar Kimyası İnstitutu

120 000

12 ay

19

Abbasov Elxan Məcid oğlu

Qum təzahürünə qarşı mübarizənin effektivliyinin artırılması proseslərinin hidrodinamikası

Riyaziyyat və Mexanika İnstitutu

55 000

12 ay

20

Novruzov Zöhrab Adil oğlu

Abşeron neft-qaz rayonunun ekoloji qiymətləndirilməsi üçün innovativ ekspress maqnit metodunun işlənilməsi

Geologiya və Geofiizika İnstitutu

60 000

12 ay

21

Ağayev Bikəs Sayıl oğlu

Neft-qaz quyularında anomal lay təzyiqi zonalarını proqnozlaşdırmaq üçün intellektual informasiya sisteminin işlənməsi

İnformasiya Texnologi­yaları İnstitutu

60 000

12 ay

22

Məmmədov Nazim Timur oğlu

Yaxın sahə optikası prinsipləri əsasında torpağın neftlə doyma əmsalının təyininin və neftin identifikasiyasının yeni üsullarının işlənilməsi

Fizika İnstitutu

80 000

12 ay

23

Pənahov Qeylani Minhac oğlu

Lay daxilində səthi aktiv maddə (SAM), qaz və müxtəlif quruluşda köpük kompozisiyalarını yaratmaqla neftveriminin artırılması texnologiyasının tətbiqi əsaslarının işlənməsi

Riyaziyyat və Mexanika İnstitutu

60 000

12 ay

24

Sadıqov Azər Zirəddin oğlu

Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqini apara bilən çox funksiyalı multikopter tipli dronların işlənilməsi

“Elm və Texnologi­ya­lar Parkı” MMC və Təcrübə-sənaye zavodu

80 000

12 ay

25

Musayeva Nahidə Nazim qızı

Neft-qaz sənaye obyektlərinin monitorinqi üçün portativ multi-qaz analizatoru

Fizika İnstitutu

40 000

12 ay

Bizim Telegram kanalımıza 


Paylaş