Zeynab Kazımovaya Hesablama Palatasında vəzifə verildi

Hesablama Palatasına yeni mətbuat katibi təyin olunub.

 

QHT.az Modern.az-a istinadən xəbər verir ki,  Vüqar Gülməmmədovun əmrilə jurnalist, Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova qurumun mətbuat katibi təyin edilib.

 

Hesablama Palatasından faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, Z.Kazımova bu təyinatadək Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb


Paylaş