QHT Agentliyinin icraçı direktoru QHT sədrini 70 illik yubileyi münasibəti ilə təbrik etdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifovanı 70 illik yubileyi münasibəti ilə təbrik edir.

 

Bu barədə Agentliyin rəsmi facebok səhifəsində paylaşım edilib.

 

 

"Hörmətli Növrəstə xanım,

 

Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, Qarabağ müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz. Azərbaycanın ilk döyüşçü qadın snayperçisi olaraq Qarabağ uğrunda gedən döyüşlərə könüllü qatılaraq hər zaman ön səngərdə olub - döyüşlərin qızğın getdiyi yerlərdə iştirak etmisiniz.

 

Cəbhəyə könüllü yollanaraq Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində ordumuz hər zaman ruh yüksəkliyi ilə mübarizə aparmışdır.

 

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz "Qarabag əlilləri və vetaranları " ictimai birliyi dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir. İctimai birlik Sizin rəhbərliyiniz altında bu gün də ictimai fəaliyyətini uğurla davam etdirir.

 

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir. Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Agentliyin İcraçı direktoru

Aygün Əliyeva "

 


Paylaş