Uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətin formalaşmasına xidmət edən növbəti fakultativ məşğələ keçirilib
Sumqayıt şəhəri 30 saylı orta məktəbində aşağı sinif şagirdlərinə uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətin formalaşmasına xidmət edən fakultativ məşğələ keçirildi.
Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi ““Sağlam həyat tərzini öyrən” devizi ilə Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətinin formalaşmasına xidmət edən fakultativ məşgələ keçilmişdir.
Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmlənməsi üçün sağlam həyat tərzinin formalaşmasına xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.
Layihə çərçivəsində sağlam həyat tərzi ilə bağlı fakultativ məşğələ aprel ayının 29-də Sumqayıt şəhər 30 saylı orta məktəbində təşkil edildi. Fakultativ məşğələni Birliyin təlimçisi Rauf Əliyev aparırdı. Məktəbin aşağı sinif şagirdlərindən 28 nəfər təlimdə iştirak edirdi.
Aparılan sağlam həyat tərzi ilə bağlı fakultativ məşğələdə sağlam həyat tərzi qaydaları, təmizlik, düzgün qidalanma- sağlamlığa təminatdır, hərəkət və idman-sağlamlığa gedən yoldur, xəstəliklər və onlarla mübarizə sağlamlığın əsas qayəsidir, geyim-uşağın düzgün geyindirilməsi necə olmalıdır, hava, su, günəş sağlamlığın təminatıdır, pis və zərərli vərdişlər, rejim, peyvənd və s.kimi mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, sağlam həyat tərzi ilə bağlı keçirilən məşğələ iştirakçıların böyük marağına səbəb oldu.
Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, sağlam həyat tərzi ilə ilə bağlı bilgilərini və rəylərini sərbəst ifadə edirdilər.
Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi.
Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edildi. Bu tədbirlərin orta ümumtəhsil müəsissələrinin aşağı sinif şagirdləri arasında aparılması daha məqsədəuyğun hesab edilir.
Beləki, sağlam həyat tərzini və sanitar-gigiyenik qaydaların öyrənilməsi uşaqlarda sağlam yaşayış mühiti yaradır, onların sağlamlıqları üçün təhlükə yaranmır və hər cür xarici təsir amillərindən özlərini qoruya bilirlər.
Uşaqların sağlamlığının qorunması cəmiyyətdə böyük ictimai əhəmiyyət kəsb edir. Beləki, biz necə uşaqları böyütsək, eləcə də onlar gələcəkdə cəmiyyəti formalaşdıracaq və sosial əhəmiyyət kəsb edəcəkdir.
Uzun illərdir orta umumtəhsil məktəblərində aparılan ekoloji mədəniyyət, sağlam həyat tərzi və sanitariya mədəniyyəti ilə bağlı aparılan maariflənmə tədbirləri zamanı müəyən edilmişdir ki, belə tədbirlərin uzun zaman aparılmasına cəmiyyətdə ehtiyyac vardır. Ona görə də uşaqların sağlamlığının qorunmasında və möhkəmlənməsində zəruri şərt kimi sağlam həyat tərzinin və sanitar-gigiyenik mədəniyyətin təbliği mühüm əhəmiyyət kəsb edir.
Çünki, bu çox hallarda uşaqların sağlamlığının pozulması və bir sıra xəstəliklərin yaranması uşaqların sağlam həyat tərzi qaydalarını və sanitar-gigenik normaları kifayət qədər bilməməsi səbəbindən baş verir.