QHT sədrinin 70 yaşı tamam olur - TƏBRİK

Bu gün vətəndaş cəmiyyəti sektorunun tanınmış simalarından biri, bütün potensialını təmənnasız olaraq region QHT-lərinin inkişafına sərf edən, fəal ictimaiyyətçi, gözəl pedaqoq, peşəkar təşkilatçı, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, milli dövlətçilik maraqlarının sadiq keşikçisi, görkəmli və dəyərli ziyalı Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyevin 70 yaşı tamam olur. 

 

O, ömrünün 20 ildən çox hissəsini QHT fəaliyyətinə həsr edib. Təkcə region QHT-lərinin deyil, əksər mərkəzi təşkilatların regionlarda həyata keçirdiyi tədbirlərə hərtərəfli dəstək verib və bügün də böyük həvəslə özünün nəcib və xeyirxah missiyasını uğurla davam etdirir. Hörmətli Əli müəllimi yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, ona uzun və sağlıqlı ömür, möhkəm can sağlığı, xoşbəxtlik və səmərəli ictimai fəaliyyətində uğurlar arzulayırıq!


Paylaş