İctimai Birlik sədri: QHT- lər ofis xərcləri haradan alsın? 

Bu fikirlri QHT.az-a “Əsgər Ailələrinə Dəstək”  İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bildirib.

 

“QHT- lərin gördüyü işləri, fədakarlıqları görməzə gəlirlər. Bir neçə nazirliyin edə bilmədiyin QHT- lər bacarırlar. Əcaba, QHT- nin niyə yeri yoxdur??? QHT- lərə Dövlət Dəstəyi Agentliyi, həqiqi işləyən QHT- lər ofissizdilər. İllərdi müəyyən nazirlik və idarələr ləğv olundu. O binalar hanı? Azərbaycan Nəşriyyatı təmirsizlikdən, üfunətdən dağılır. Dövlətimizin gücü çatar ki, ora təmir olunub həm Agentliyə, həm də QHT- lərə verilsin. Demirəm hamıya, amma işləyən QHT- lərə mütləq verilməlidir. Ovuc boyda QHT var ki, onların ofisləri mövcuddur. Qeyri- yaşayış sahəsi hesablandığından kommunal xərclər çox yüksəkdir. Axı QHT məhsul istehsal etmir, kommersiya qurumu deyil ki, qazancı olsun. Elə isə QHT o xərcləri haradan alsın? Qanunlarımızda da o qədər boşluqlar var ki... Məncə bu problemi qabartmaq lazımdır!”


Paylaş