MQF rəhbəri QHT sədrini təbrik etdi - FOTOLAR

Rauf Zeyni Əli Mirzəyevi təbrik etdi.

 

QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, regiona səfəri çərçivəsində MQF Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyevi 70 illik yubileyi münasibətilə təbrik edərək onu Fəxri Fərmanla təltif edib.

 

 Təbrikdə deyilir,:

 

"Azərbaycan Milli QHT Forumunun, region QHT-lərinin, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafında göstərdiyi xidmətlərə görə, həmçinin 70 illik Yubileyi münasibətilə cənab Əli Mirzəyev MQF-nin Fəxri Fərmanı ilə təltif edilsin. 

Bu iilər ərzində bütün potensialını təmənnasız olaraq region QHT-lərinin inkişafına sərf edən, fəal ictimaiyyətçi, gözəl pedaqoq, peşəkar təşkilatçı, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, milli dövlətçilik maraqlarının sadiq keşikçisi, görkəmli və dəyərli ziyalı olan  Əli müəllimi bütün ölkə QHT-ləri yaxşı tanıyır və sevir. O, ömrünün 20 ildən çox hissəsini QHT fəaliyyətinə həsr edib. Təkcə region QHT-lərinin deyil, əksər mərkəzi təşkilatların regionlarda həyata keçirdiyi tədbirlərə hərtərəfli dəstək verib və bügün də böyük həvəslə özünün nəcib və xeyirxah missiyasını uğurla davam etdirir. 

Əli müəllimi yubiley münasibətilə MQF üzvləri adından və şəxsən öz adımdan təbrik edir, ona sağlamlıq, xoşbəxtlik, firavanlıq və böyük uğurlar arzulayırıq!"

Fotolar


Paylaş