Prezidentin köməkçisi: Heydər Əliyev irsi uğurla davam etdirilir - VİDEO
Ümummilli liderin vəsiyyəti yerinə yetirildi
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş irs bu gün də uğurla davam etdirilir. Onun tərəfindən qoyulan bir vəsiyyət vardı ki, torpaqlarımız işğaldan azad olunsun.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır.
Hikmət Hacıyev qeyd edib ki, ulu öndərin fəaliyyəti məhz Azərbaycanın inkişafı, dövlətçiliyimizin gücləndirilməsi ilə bilavasitə bağlı idi.