İcra hakimiyyəti əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim keçirilib - FOTOLAR

Mayın 12-də Suraxanı rayon İcra Hakimiyyətinin 25 əməkdaşı üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
 
QHT.az xəbər verir ki, təlim Açıq Hökumət Platformasının koordinatoru və "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli tərəfindən keçirilib.
 
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsindəhəyata keçirilib.
 
“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” ilə bağlı keçirilən təlimdə korrupsiyaya qarşı mübarizə, bu sahədə ölkə qanunvericiliyinin tələbləri, dövlət işçilərində dürüstlük, etik dilemmalar, düzgün davranış, dövlət işçilərinin əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər haqqında ətraflı məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
 
 
 
 
 
 
 

Fotolar


Paylaş