Qrantlar 17.05.2022 22:36 5058

Yüksək məbləğdə qrant ayrılacaq - ELAN

BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə aqrar sahədə "IDEATHON"a start verilir!

Gənclərin nəzərinə!
BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə aqrar sahədə "IDEATHON"a start verilir!

"IDEATHON" iki istiqamətdə keçirilərək, meyvə-tərəvəzin yetişdirilməsi və onların emalı sahələrini əhatə edəcək. Komandanızla müsabiqəyə qatılın və qaliblərdən biri olun!
Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində “Ideathon on Agrinnovation” müsabiqəsi 2-4 iyun tarixlərində Lənkəran şəhərində keçirilərək, meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə olacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etməkdir. Məlumat üçün bildiririk ki, layihə Lənkəran-Astara iqtisadi rayonunda icra edilir və təklif olunan innovativ ideyaların bu regionda həyata keçirilməsi zəruridir.

Hər istiqamət üzrə komandalar bu problemlərə innovativ həllər ilə sahənin inkişafı üçün layihə təqdim etməlidir. Ən yaxşı həll yolunu təqdim edən hər istiqamət üzrə 1 komanda qalib olacaq. Qalib komandalara layihənin reallaşdırılması üçün yüksək məbləğdə (qeyri-nəğd) qrant ayrılacaq.

Müraciət etmək üçün keçid edin.
 Son müraciət tarixi: 25 May 2022-ci il

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin