QHT sədri: E-nəzarət platforması vətəndaş iştirakçılığının inkişafına mühüm töhfədir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bir çox görüşlərində və mediaya açıqlamasında ictimai nəzarətin vacibliyinə diqqət çəkərək, vətəndaşları bu prosesdə aktiv olmağa çağırıb.
 
Ölkə başçısının bu vacib tövsiyəsindən çıxış edərək QHT və media ictimai nəzarətin və ictimai iştirakçılığın inkişafı məqsədi ilə müxtəlif mexanizmlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edirlər.
Bu məqsədlə ictimai şuraların yaradılması, ictimai dinləmələrin və müzakirələrin keçirilməsi və digər alətlərin aktivləşdirilməsi istiqamətində işlər aparılmaqadır. Görünən bu fəaliyyətlərin hər biri təqdirə layiqdir və hər bir mexanizm ictimai iştirakçılığın üçün vacib komponentlərdir.
 
Eyni zamanda hesab edirəm ki, ictimai iştirakçılığın yüksək səviyyədə təminatı üçün daha vacib komponent isə vətəndaş iştirakçılığının təmin olunmasıdır.
 
Bu mexanizm həm də maraqlar toqquşmasının az olduğu, korporativ maraqlarlardan uzaq ictimai nəzarət imkanları yarada bilən bir üsuldur və davamlı müsbət nəticələrə nail olmaq imkanları daha böyükdür.
Vətəndaş iştirakçılığının təmin olunması üçün daha yaxşı mexanizmlər axtarıldığı bir zamanda meydana gələn Onlayn İctimai Nəzarət Platforması gözləntiləri doğruldan və sürətlə inkişaf edən bir platformaya çevrilməkdədir.
www.enezaret.az - E-nəzarət platforması paralel olaraq həm vətəndaşa və həmçinin dövlətə xidmət edən bir mexanizm kimi xüsusi üstünlüyü vardır. Bu platforma vətəndaş və dövlət qurumları arasında
etibarlı körpüdür.
Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur.
Vətəndaş qeyd olunan problemləri görür və həmin faktları foto/video sübutlarla www.enezaret.az saytına daxil edir.
Platforma həmin problemləri aidiyyəti qurumlara yönəldir. Platforma yaradıcıları şəffaflıq və hesabatlığı təmin etmək üçün məlumatları və onların həll olunma vəziyyətini açıq formatda saytda göstərməklə qurumları sözün yaxşı mənasında problemlərin həllinə məcbur edir.
 
Eyni zamanda Onlayn İctimai Nəzarət Platforması daxil olunan şikayətləri daha aktiv həll edən qurumları mükafatlandırma ilə onlar arasında rəqabət mühiti yarada bilmişdir.
Həmçinin daha çox müraciət göndərən vətəndaşların mükafatlandırlması da vətəndaş aktivliyinə stimul yaratmaqdadır.
İyunun 16-da Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) “E-nəzarət platformasının 1 illik fəaliyyəti”ni qeyd etdi.
Bu bir ildə Platforma həm vətəndaş aktivliyinin təmin olunmasına və həmçinin dövlət qurumlarına inamın yüksəldilməsinə mühüm töhfə verə bildi.
 
Qeyd edim ki, E-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihənin icraçısı MG Consulting şirkətidir.
Layihənin bu cur uğur qazanmasında layihə komandasının mühüm əməyi vardır.
Layihə icraçılarını bu münasibətlə təbrik edir və yeni uğurlar arzulayıram.
 
Cəsarət Hüseynzadə,
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri,
QHT.az saytının rəhbəri

Paylaş