“Vərəmsiz Gələcəyə Doğru” İB-nin təklifləri ETCAXİ-da müzakirə olunub

Elmi Tədqiqat Ağ Ciyər Xəsətlikləri İnstitutunda “Vərəmsiz Gələcəyə Doğru” İctimai birliyinin ölkədə vərəm xidmətlərinə QHT nın dəstəyi ilə bağlı təkliflər paketi dinlənilmişdir.

 
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi” layihəsinin  icrasından sonrakı etapda tibb işçiləri, pasientlər və onların ailə üzvləri ilə aparılmış söhbətlər nəticəsində formalaşdırlımış təkliflər paketi İTSD-nə təqdim edilmiş və xüsusi göstəriş ilə TƏBİB PHŞ-in və ETCAXİ nun rəhbərliyi ilə müzakirəyə çıxarılaraq ölkədə vərəm ilə mübarizə sahəsində vətəndaş cəmiyyətinin resurslarından istifadə edilməsi təklif edilmişdir.
Eyni zamanda da bir sıra təkliflər də müzakirə edilmişdir:
- vərəmin müalicəsi aparılan müalicə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi,
- Dövlət və QHT-lər ilə birgə əməkdaşlığın işlək mexanizminin hazırlanmasında QHT nın biləvasitə iştirakının təmin edilməsi;
- Ölkənin vərəm ilə işləyən Qeyri Hökumət Təşkilatlarının imkanlarından və resurslarından məqsədyönlü istifadə edərək risk qrupları arasında vərəmin aşkarlanmasında onların aktiv iştirakını təmin etmək
- QHT-lərin təmsil olunduğu İctimai Şuraların səlahiyyətlərinin artırılması, onların üzləşdikləri çətinliklərin və suni maneələrin aradan qaldırılmasına nail ola biləcək səviyyədə təşkili;
- QHT-lərin, TƏBİB və Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin təmsil olunacağı Multidissiplinar işçi qrupun yaradılması və bu işçi qrup tərəfindən vərəmli xəstələrin tibbi hüquqi və sosial vəziyyətinin araşdırılması və onların həllinə nail olmaq
Dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsi bu gün prezidentin prioritet saydığı mühüm inkişaf sahələrindən biri olaraq dəstəklənməli və eyni zamanda da dövlət başçısının ictimai nazarətin həyata keçirilməsində qeyri hökumət təşkilatlarının üzərinə qoyduğu vəzifələrə və “İctimai İştirakçılıq haqqında” AR qanununa, 2020-ci ildə qəbul olunmuş “Açıq Hökumətin Təşviqi” Milli fəaliyyət planına əsasən Publik Hüquqi Şəxslərə ictimai nəzarətin formalaşdırlıması məhz QHT tərəfindən həyata keçirilməyi nəzərdə tutulduğundan ümidvarıq ki, təkliflərimiz də qəbul edilən olacaqdır. Belə ki, 26 sentyabr 2018-ci ildə Nyu Yorkda keçirilmiş BMT-nin 2022-ci ilə qədər vərəmlə mübarizə tədbirləri ilə bağlı ölkə başçılarının iştirak etdiyi Yüksək Səviyyəli görüşdə bənd-bənd toxunulmuş və Azərbaycanın da öhdəçiliyi olan məqamlara yerinə yetirilməsi də ölkədə vərəmin və hava-damcı yolu ilə yayılan xəstəliklərə son qoymaq kimi vacib bir işdə ölkənin səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının da ümdə vəzifələrindən biri olmalıdır. 
 
 

Paylaş