Multimedia 21.06.2022 22:55 1809

Onlayn ictimai nəzarət platforması birillik hesabatını təqdim etdi - VİDEO

E-nəzarət platforması birillik hesabatını təqdim etdi Vətəndaşların ictimai nəzarətinin artırılması məqsədiylə yaradılan və onlayn fəaliyyət göstərən enəzarət platformasının bir illik hesabat tədbiri keçirilib.

Bir il ərzində ictimaiyyətə verilən bu böyük fürsət nəticəsində xeyli vətəndaşın müraciəti və şikayəti təmin olunub. Bu barədə enəzarət platformasının təşəbbüskar və yaradıcı komandası ətraflı məlumat verərkən bildirib.

Layihənin tərəfdaşı olan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev çıxışında qeyd edib ki, enezarret platformasının işə düşməsi üçün ilk vaxtlar tərəddüdlər olsa da ,vətəndaşlar verilən imkandan çox gözəl istifadə ediblər. Nəticədə Onlayn platformaya 800-dən çox müraciət və şikayətlər lazımı şəkildə dövlət qurumlarına çatdırılıb, bu işdə əməkdaşlıqlıq və tərəfdaşlıq edən orqanlar da dəstəyini göstəriblər. Enezaret platformasının rəhbəri Məhəmməd Quluzadə xatırladıb ki, onlayn xidmətin təşkil olunması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID/Azerbaijan) maliyyə dəstəyi ilə ərsəyə gəlib və Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.

ABŞ Beynəlxalq inkişaf Agentliyinin Azərbaycandakı ofis direktoru cənab Jey Sinqx öz növbəsində ictimai platformaya təşkilatı adından verilən dəstəkdən məmnunluq duyduğunu və belə layihənin cəmiyyətin xeyrinə olduğunu vurğulayıb. Tədbir çərçivəsində e nəzarət palatformasında daha çox vətəndaş məmnuniyyətini təmin edən 15 dövlət qurumu təltif edilib və digər orqan nümayəndələrinə təşəkkürnamələr təqdim olunub. Həmçinin ictimai nəzarətin güləndirilməsində və platformada fəallıq göstərən vətəndaşlar da mükafatlandırılıblar.

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin