Region QHT-ləri üçün Lənkəranda təlim keçiriləcək - QEYDİYYAT

Sizi, 15 iyul 2022-ci il tarixində Lənkəran şəhərində təşkil olunacaq “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlimə dəvət etməkdən məmnunluq duyuruq. Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ECSOFT layihəsi və Acıq Hökumət Milli Platforması ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Siz, təlimdə iştirak etməklə, qanunvericilikdə nəzərdə tutulan öhdəliklər barədə məlumat əldə edəcəksiniz və təşkilatınızın bu tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək imkanına malik olacaqsınız.

İştirakçılara dair tələblər:

-          Rayon təşkilatı;
-          Əvvəllər bu mövzuda təlimdə iştirak etməmiş şəxslər;
-          QHT-də rəhbər və ya qərar qəbul edən digər şəxslər.
Uzaq rayonlardan gələn iştirakçıların müvafiq xərcləri qarşılanacaqdır.

Tədbirə qoşulmaq üçün 6 iyul 2022-ci il, saat 12.00-dək bu link vasitəsilə qeydiyyatdan keçməniz xahiş olunur. Link: https://forms.gle/c4JM6yuMPxWCwE2q6
 


Paylaş