Aygün Əliyeva: Proqramda qeydiyyatdan 259 QHT keçib

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin  1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbiri açılış nitqi ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, “QHT-lərin  1-ci İnkişaf və Mübadilə proqramı” ilk dəfədir Agentlik tərəfindən başlayır və bu proqram davamlı olaraq təşkil ediləcək. Düşünürük ki, bu təlimlər QHT-lərin Layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhvə verəcək. A.Əliyeva qeyd edib ki, proqrama qeydiyyatdan 259 Qeyri-hökumət təşkilatı  keçib və müsahibə zamanı onlardan 110 nəfər təlimlərdə iştirak hüququ qazanıblar. İştirak edə bilməyən təşkilatlar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulub. 


Paylaş