Azərbaycan paralimpiyaçıları reytinq turnirində qızıl və bürünc medallar qazanıb - FOTO

Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçısı Xəyal İslamov (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən "Intercontinental Challenger" turnirində qızıl medal qazanıb.

QHT.az-ın  məlumatına görə, Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.


Paylaş