Nüşabə Məmmədova: “Hər bir dövlət öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür”

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qruplaşmanın üzvləri tərəfindən hücuma məruz qalıb.

Məsələ ilə bağlı QHT.az-a açıqlama verən Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova bildirib ki, Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. Azərbaycanın Londandakı səfirliyinin binası üzərində dalğalanan bayrağımızın təhqir olunması hər bir azərbaycanlını narahat edən, milli qürurumuza toxunan hiddətləndirici hadisədir.

“BMT-nin Diplomatik Münasibətlər və İmmunitetlər haqqında Vyana Konvensiyasına əsasən, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti, hüquq-mühafizə orqanları məsuliyyət daşıyır.”

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova həmçinin bildirib ki, 44 günlük tarixi zəfərimizin ardınca uğurlu “Qisas” anti-terror əməliyyatı Azərbaycana qarşı qara qüvvələri narahat etməyə bilməz. Son günlər bu barədə beynəlxalq mediada informasiyalar və s. bunu deməyə əsas verir. Lakin bütün bunlarla yanaşı, inanlrlq ki, Britaniya hökuməti tərəfindən hadisənin əsl səbəbləri müəyyənləşəcək.

Beynəlxalq Dialog və İnkişaf Alyansı olaraq Londonda səfirliyimizin binasında baş verən hadisəni qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirik.
 


Paylaş