QHT-lərin Qayıdış prosesində rolu ilə bağlı layihənin Planlama görüşü keçirilib - FOTO

 “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “2022-ci il - Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə cari ilin avqust ayından etibarən “30 il sonra Qayıdış” - QHT-lərin Qayıdış prosesində rolu ilə bağlı bilik və bacarıqlarının artırılması və beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda layihə həyata keçirməkdədir.

 

Layihənin ümumi məqsədi, işğaldan azad edilmiş ərazilərə geri qayıdacaq şəxslərlərlə gələcəkdə işləyəcək QHT-lərin vətəndaşların köçürülümə, məskunlaşma və reintegrasiya ilə bağlı hüquqları sahəsində prosesə hazırlanmasına töhvə verməkdir.

Layihə fəaliyyətlərinin həyata keçirilməsi üçün artıq layihə işçiləri, təlimçi və mütəxəssislər, eləcə də könüllülər müəyyən edilmiş və Avqust ayının 11-də, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin ofisində layihənin icrasına cəlb edilmiş şəxslərin  Planlama görüşü keçirilmişdir. Görüşdə layihə rəhbəri, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, layihə əməkdaşı Əli Fərzəliyev, layihənin icrasına cəlb edilmiş mütəxəssislərdən Ağamirzə Bağırov və Fariz Əkbərov, Ramil Məmmədli, Qoşqar Salmanlı və digər şəxslər iştirak etmişlər. Görüş zamanı nəzərdə tutulan layihə fəaliyyətlərinin planlaması və layihə mövzusu üzrə prioritet istiqamətlər müəyyən edilmişdir.

Layihə icrasının ilk mərhələsi müddətində, Sentyabr ayının 8-də yerli QHT-lərə, onların Qayıdış prosesində rolu istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə, Bakı şəhərində “BMT-nin Ölkə daxilində Köçürülmüş Şəxslərlə bağlı Rəhbər Prinsiplərində nəzərdə tutulan hüquqlarla bağlı 20 nəfər vətəndaş cəmiyyəti nümayəndələrinə təlim təşkil olunacaqdır. Bu təlim, layihənin vəzifələrindən biri olan, qayıdış prosesində QHT-lərin rolu sahəsində beynəlxalq təcrübədən yararlanaraq  biliklərinin  artırılması vəzifəsinə xidmət edəcəkdir. Təlimə əsas etibarilə hal-hazırda və gələcəkdə işğaldan azad edilmiş ərazilərə geri qayıdacaq şəxlərlə bilavasitə işləyəcək QHT-lərin nümayəndələri seçiləcəkdir. Keçiriləcək təlimdə mövzu üzrə hazırlanan Təlim Modulundan istifadə ediləcəkdir. Bundan başqa QHT-lər üçün maarifləndirici bukletlər hazırlanmışdır. QHT-lərə təlim barədə əlavə ətraflı məlumat veriləcəkdir.   

Azad edilmiş ərazilərdə aparılan bərpa, quruculuq işləri, qayıdışa hazırlıq və məskunlaşma ilə bağlı, eləcə də həyata keçirilən layihə fəaliyyətlərinin işıqlandırılması məqsədilə azərbaycan dilində https:///shushanews.com saytı və eyni adlı Facebook (https://www.facebook.com/shushanews) və Tvitter (@ShushaNews) səhifələri fəaliyyət göstərməkdədir. Layihə müddətində eyni mövzuda həmçinin ingilis dillndə vebsaytın yaradılması nəzərdə tutulur.

 

Layihə barədə məlumat almaq üçün layihə əməkdaşı Ləman Ağalarovaya aşağıdakı elektron poçt vasitəsilə müraciət edə bilərsiniz: [email protected] .  

 

 

Fotolar


Paylaş