QHT Agentliyinin dəstəyi ilə “Biz Şuşanın səfiriyik” layihəsonə start verilib - FOTO

Qeyri Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin tərəfindən elan edilmiş   “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi  İqtisadi və Sosial Araşdırmalara Yardım  İctimai Birliyi ( İSAY İB) tərəfindən həyata keçirilən “Biz Şuşanın səfiriyik” adlı layihənin  işçi qrupu fəaliyyətinə başlayıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə təhsil alan  əcnəbi tələbələrin potensiallarından istifadə edərək Şuşanı onların vasitəsi ilə öz vətənlərində canlı təbliğ etməkdir. 

Layihə çərçicəsində ölkəmizdə təhsil alan 44 nəfər müxtrəlif ölkələrdən olan əcnəbi tələbələrin Şuşa şəhərinə səfəri nəzərdə tutulub. İştirakçılar Şuşa şəhərində ağacəkmə kampaniyası keçirərək “Dostluq və sülh” parkının əsasını qoyacaqlar.   “Biz Şuşanın Səfiriyik” adlı  qısametrajlı filmin çəkilişində iştirak edəcəklər. Filmdə iştirakçılar öz ana dilində Mən Şuşanın səfiriyəm adlı şuar səsləndirərək dünya xalqlarına müraciət edəcəklər. Film ingilis dilində internet üzərindən nümayiş etdiriləcək. Beləliklə layihə iştirakçıları  Şuşa  haqqında aldıqları canlı təsuratları  həm öz vətənlərində, həm də ətrflarına bölüşərək Şuşanın, Azərbaycanın təmsilçilərinə çevriləcəklər. 

Hazırkı mərhələdə Şuşaya səfər etmək, həmçinin Azərbaycanın tarixi zəfərindən sonra mədəniyyət paytaxtına çevrilən qədim və tarixi şəhərin elçisi olmaq şərəfinə yiyələnmək istəyən  və Şuşaya səfər etmək istəyən əcnəbi tələbələr İSAY.İB nin [email protected] mail ünvanı ilə və ya  070 999 28 88 telefonla müraciət edə  bilərlər. Məsul şəxs Elnarə İsmayılova .

Fotolar


Paylaş